Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:19

Səfər Əbiyev Türkiyədədir


Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Türkiyədə səfərdədir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, Şimali Atlantika Şurasının İSAF əməliyyatına töhfə verən qeyri-NATO ölkələri müdafiə nazirlərinin İstanbulda keçirilən qeyri-rəsmi görüşündə iştirak edir.

Müxtəlif ölkələrdən müdafiə nazirlərinin, BMT və Avropa Birliyi nümayəndələrinin qatıldığı sammitdə Əfqanıstanla bağlı məsələlər müzakirə olunacaq.

XS
SM
MD
LG