Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:58

Bu gündən hava pisləşir


Bu gün günortadan sonra Azərbaycan ərazisində hava şəraiti pisləşməyə başlayacaq. Qar yağacaq, şimal küləyi güclənəcək, temperatur aşağı düşəcək.

Bu gün axşam Bakıda və Abşeronda havanın temperaturu sıfıra qədər azalacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroliji Proqnozlar Bürosundan verilən məlumata görə, fevralın 5-6-da Bakıda və Abşeronda temperatur günorta saatlarında -2, gecə -2-3 dərəcə təşkil edəcək. Arabir qar yağacağı, çovğun olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Fevralın 7-dən ölkə ərazisində yağıntısı hava olsa da, saxtalı hava fevralın 8-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG