Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Dünya liderləri Əhmədinejadın bəyanatına ehtiyatla yanaşırlar


Dünya liderləri İranın nüvə proqramı ilə bağlı prezident Mahmud Əhmədinejadın son bəyanatına ehtiyatla yanaşırlar.

Mahmud Əhmədinejad deyib ki, onun ölkəsi BMT-nin tələb etdiyi kimi uranı zənginləşdirmək üçün xaricə göndərməyə hazırdır.

Almaniyanın kansleri Angela Merkel bildirib ki, İran sözdən əmələ keçməlidir.

Həmçinin ABŞ və Fransa İranı bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə rəsmi məlumat verməyə çağırıblar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, əgər İran bundan əvvəl razılaşdırılmış sxemə dönməyə hazırdırsa, biz bunu yalnız alqışlaya bilərik.

Qərb ehtiyat edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran itihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG