Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:57
Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan ona «peyğəmbər» deyən AKP funksionerinin partiyadan istefasını tələb edib.

Bununla əlaqədar baş nazir Ərdoğan belə deyib:

«Belə bir ifadəni mən heç vaxt qəbul edə bilmərəm. Peyğəmbərlik zənciri qapanmışdır. Biz yaradılmış və yaradılan tabuları yıxmaq istəyən bir partiyayıq. Partiyamızın idarəçilərinə lazımi təlimatı verdim. Haqqımda bu ifadəni işlədən partiya üzvünün istefa verməsini və ya partiyadan xaric edilməsini tələb etdim».

AKP Aydın vilayət təşkilatının idarəçilərindən olan İsmail Hakkı çıxışlarının birində «Bu çatı altında olan hər kəs baş nazirimizə axıra qədər sadiq qalacaq, buna heç kimin şübhəsi olmamalıdır. Baş nazirimiz bizim üçün sanki, ikinci peyğəmbərdir» demişdi.

Təxminən 6 ay əvvəl isə AKP Dənizli vilayət təşkilatının çap etdiyi bir kitabda «Tayyip Ərdoğanın xətrinə dəymək peyğəmbərin xətrinə dəymək kimidir» sözləri yazılmışdı.

Müxalifətdəki Cümhuriyyət Xalq Partiyası bu kitabla bağlı prokurorluğa şikayət etmiş, prokurorluq isə təhqiqat aparılmasına ehtiyac olmadığına qərar vermişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG