Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:24

Müxalifət Sarkisyanın Türkiyə siyasətini pisləyib


Ermənistanda müxalifətdə olan Milli Konqres Partiyası bir daha prezident Serj Sarkisyanın Türkiyə siyasətini tənqid edib.

Partiyanın nümayəndəsi Levon Zurabyan deyir ki, bu cür siyasət Türkiyənin Dağlıq Qarabağ sülh prosesində söz deməsinə imkan açır və Azərbaycana güzəştə getmək üçün Ermənistanı güclü beynəlxaq təzyiq altına salır.

Zurabyan bildirib ki, prezident Serj Sarkisyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına getməklə Erməni soyqırımının beynəlxalq aləm tərəfindən tanınmasından üz döndərir.

Sarkisyan hesab edir ki, Türkiyə ilə sərhədlərin açılması, Qarabağ məsələsində ona güclü beynəlxalq dəstək verəcək və o həm də bundan istifadə edərək demokratik azadlıqlar və qanunu hökumət qurmaq istəyən müxalifəti boğacaq , deyə Zurabyan qeyd edib.

Milli Konqres Partiyasına keçmiş prezident Levon Ter Petrosyan rəhbərlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG