Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:27
«Bu gün Azərbaycan MDB–də avtomobillərə tətbiq olunan gömrük rüsumlarına görə birinci yeri tutur».

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı «İşdən sonra»da belə deyib. Onun sözlərinə görə, ölkəyə daxil olan avtomobillərdə istismar ili məsələsi kifayət qədər pozitiv məsələ idi:

- Bunun qanunla qəbul olunmasına ehtiyac var idi. Problemin həlli yolları tapılmalı idi. Sözsüz hökumətin bəzi qurumları, bu məsələ ilə əlaqədar təşkilatlar müəyyən məsələlərə görə bunu təxirə saldılar. Böhran ilində, xüsusilə də dövlət büdcəsində problemlərin meydana çıxdığı dövrdə bu addımın atılması dövlət büdcəsinə mane ola bilərdi. Birdən-birdə 200 min avtomobilin istismardan çıxarılması prosedura olaraq mülkiyyət sahiblərinə kompensasiya ödənilməsi ilə baş verə bilərdi. Belə deyək ki, dövlət mövcud ekoloji vəziyyətin yaxşılaşdırılması və digər problemlərin həlli üçün bu addımı atmağa məcburdur.

Ramil Osmanlı sürücüləri sevindirib. O deyib ki, artıq ölkə ərazisində istifadədə olan maşınlar hələ ki, gündəmdə deyil:

- 1993- cü ilin avtomobili bu gün Almaniyada zibil yeşiyində olmasa da, ona yaxın yerdədir. Azərbaycanda da bu prosesə ehtiyac var. Hətta dövlət artıq istifadədə olan istismar müddəti keçmiş avtomobillərlə bağlı belə qanun qəbul etsə də, birdən-birə 1997-1998–ci illərin avtomobilləri istismardan çıxarılmayacaq. Bu prosedura tədriclə həyata keçiriləcək. 1993-cü ilə gəlib çıxana kimi 2015-ə qədər bu proseslə məşğul olmalı olacağıq.

PROQRAMI DİNLƏYİN, SUALLARINIZA CAVAB TAPIN.

Şərhləri göstər

XS
SM
MD
LG