Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:35
Populyar Braziliya yazıçısı, təkcə “Kimyagər” əsəri bütün dünyada 65 milyon tirajla satılmış Paulo Koelyo Britaniyanın keçmiş baş naziri Toni Bleri “hərbi cinayətkar” adlandırıb.

Twitter sosial şəbəkəsindəki bloqunda o, keçmiş baş nazirin 2016-cı ildə Braziliyanın Rio de Jeneyro şəhərində keçiriləcək olimpiadanın hazırlıqlarında iştirak etməsinin əleyhinə çıxıb.

Yazıçını hiddətləndirən "Blerin heç bir əsas olmadan İraqa hücum etmək əmri verməsi"dir.

Koelyo Rio meri Sercio Kabrelin Bleri olimpiadanın hazılıq mərasimlərimə cəlb etmək niyyətini də pisləyib.

Keçən həftə Britaniya hökumətinin İraq müharibəsi ilə bağlı təşkil etdiyi sorğu-sual zamanı Bler öz qərarını müdafiə edib və İraqa müdaxilədən peşman olmadığını bildirib.

Şərhləri göstər

XS
SM
MD
LG