Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

Çörəkdaşımada sanitar- gigiyenik normalara əməl olunmur


Bu məlumatı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) qidalanma gigiyenasi bölməsinin müdiri Kərim Rəhimov verib. Bildirib ki, fevralın 2-də şəhərin 3 çörəkbişirmə sexində keçirilən reyddə çörəyin hazırlanma prosesi, obyektlərdəki şəraitin sanitar-gigiyenik normalara cavab verib-verməməsi və hazır məhsulun daşınmasında mövcud vəziyyət yoxlanılıb. Gigiyenik tələblərin əsasən çörəyin daşınması zamanı pozulduğu aşkarlanıb. Çörəkdaşımada baş verən neqativ halların aradan qaldırılması ilə bağlı GEM tərəfindən Gəncə şəhər Polis İdarəsinə məktubla müraciət edilib.

Gəncədə 26 çörəkbişirmə sexi fəaliyyət göstərir. Ötən il keçirilən reydlər zamanı sexlərin 10-da sanitar-gigiyenik tələblərin ciddi pozulması səbəbindən müəssisələrə xəbərdarlıq olunub. Həmçinin bir obyektdə sanitar -qaydalara əməl olunmadığı üçün müəssisə sahibi 100 manat məbləğində cərimələnib.

XS
SM
MD
LG