Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:10

Prezidentin əri iki milyon dollar alıb


Argentina prezidenti Kristina Fernandez
Argentina prezidenti Kristina Fernandez
Argentina müxalifəti indiki Prezident Kristina Fernandezin əri, keçmiş prezident Nestor Kirçnerin iki milyon dollar rüşvət almasından şübhələnir. Fevralın 2-də müxalifətin vəkilləri bu işlə bağlı araşdırma aparmağa başladıqlarını bildiriblər.

İddiaya görə Nestor Kirçner 2008-ci ildə ölkə maliyyə böhranı ilə çarpışdığı bir vaxtda kimdənsə iki milyon dollar pul alıb. Argentinada Vətəndaş Koalisiyasının nümayəndəsi Yuan Karlos Moran bildirib ki, onlar keçmiş prezidentin bu pulu alanda ictimai etika qaydalarına nə qədər riayət etdiyini, indi dövlət başçısı olan arvadının imkanlarından nə qədər istifadə etdiyini bilmək istəyirlər.

Prezidentin ofisindən və iqtisadiyyat nazirliyindən rəsmilər belə bir pul köçürməsinin olduğunu, amma bunun tam qanuni əsaslarla həyata keçirildiyini deyiblər.

60 yaşlı Nestor Kirçner 2003-2007-ci illərdə Argentina prezidenti olub. 2007-ci ilin oktyabrında keçirilən prezident seçkilərində hakimiyyətə onun arvadı Kristina Cristina Fernandez gəlib.

Əhvəlatı daha ətraflı "Korrupsiometr" saytında oxuyun.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG