Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:56

Prezidentin əri iki milyon dollar alıb


Yeni prezident seçilən Kristina fernandez Buenos Airesdə tərəfdarlarını salamlayır, 28 oktyabr 2007

Yeni prezident seçilən Kristina fernandez Buenos Airesdə tərəfdarlarını salamlayır, 28 oktyabr 2007

Argentina müxalifəti indiki prezident kristina Fernandezin əri, keçmiş prezident Nestor Kirçnerin iki milyon dollar rüşvət almasından şübhələnir. Fevralın 2-də müxalifətin vəkilləri bu işlə bağlı araşdırma aparmağa başladıqlarını bildiriblər.

Iddiaya görə nestor Kirçner 2008-ci ildə ölkə maliyyə böhranı ilə çarpışdığı bir vaxtda kimdənsə iki milyon dollar pul alıb. Argentinada Vətəndaş Koalisiyasının nümayəndəsi Yuan Karlos Moran bildirib ki, onlar keçmiş prezidentin bu pulu alanda ictimai etika qaydalarına nə qədər riayət etdiyini, indi dövlət başçısı olan arvadının imkanlarından nə qədər istifadə etdiyini bilmək istəyirlər.

Prezidentin ofisindən və iqtisadiyyat nazirliyindən rəsmilər belə bir pul köçürməsinin olduğunu, amma bunun tam qanuni əsaslarla həyata keçirildiyini deyiblər.
Birinci xanım və senator Kristina Fernandez "Mothers of the Plaza de Mayo" təşkilatı ilə görüşərkən, 9 fevral 2007.

60 yaşlı Nestor Kirçner 2003-2007-ci illərdə Argentina prezidenti olub. 2007-ci ilin oktyabrında keçirilən prezident seçkilərində hakimiyyətə onun arvadı Kristina Cristina Fernandez gəlib. Ixtisasca hüquqşünas olan 57 yaşlı prezident Cristina Fernandez gənc yaşlarından ölkənin müxtəlif yerlərindən Argentina parlamentinə seçilib. Birinci ledi olduğu müddətdə isə ölkənin ictimai-siyasi həyatında daha fəal rol oynayıb.

Kristina Fernandez bugünlərdə ölkənin donzçuluq təsərrüfatlarını qrip vahiməsindən qorumaq üçün olduqca original fikirlərlə beynəlxalq medianın gündəminə düşmüşdü. Donuzçuluqla məşğul olan fermerlərlə görüşündə xanım prezident belə bir fikirlər səsləndirmişdi: “donuz əti yemək cinsi qabiliyyəti yüksəldir. Mən deyərdim ki, viaqra qəbul etməkdənsə, bir dilim donuz əti daha təsirli olur.”

Xanım prezident əlavə edirdi ki, o, özü də donuz ətinə vurğundur.

Şərhləri göstər

XS
SM
MD
LG