Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:20

Polis 11 müxalifətçini saxlayıb


Qazaxıstan polisi müxalifətdəki “Alğa” (“İrəli”) Partiyasından olan 11 fəalı saxlayıb.

AzadlıqRadiosunun qazax xidməti xəbər verir ki, onlar parlamentin aşağı palatasının 160 üzvünə məktub paylamağa cəhd ediblər.

Məktubu partiyanın sədri Vladimir Kozlov yazıb, o, məktubda deputatları mühacirətdə olan biznesmen Muxtar Ablyazovun bəyanatına reaksiya verməyə çağırıb.

Ablyazov prezident Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayevi Çin şirkəti ilə bağlanan enerji sazişində korrupsiyaya yol verməkdə günahlandırır.

Həbs edilənlər Astananın Esil rayonunun polis idarəsinə aparılıb.

Qazaxistanin BTA bankının keçmiş rəhbəri Ablyazov ölkəni 2009-cu ildə tərk edib, hazırda Londonda yaşayır. Onun bankını milliləşdiriblər.

Qazaxıstan hökuməti onu maliyyə fırıldaqlarında ittiham edir.
XS
SM
MD
LG