Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 06:32

Baş naziri tənqid edən jurnalisti tutdular


Efiopiyada baş nazir haqqında məqalə yazıb onun fikirləri ilə razılaşmayan jurnalisti bir illiyinə həbs ediblər.

Bu barədə Amerikadakı Jurnalistləri Müdafiə Komitəsi bildirir.

Ezedin Mohamed müsəlman azlığı üçün buraxılan qəzetdə çalışır.

O, baş nazirin Efiopiyanı “xristian ölkəsi” kimi səciyyələndirməsi fikrilə razılaşmayıb.

Komitə deyir ki, həbsin səbəbi budur.

May ayında Efiopiyada parlament seçkiləri keçiriləcək.

Hökumət həbsin jurnalistləri qorxutmaq niyyəti ilə bağlı olmadığını bildirir.
XS
SM
MD
LG