Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:34

Musəvi deyib ki, etiraz aksiyaları davam etməlidir


İran müxalifətinin lideri Mirhüseyn Musəvi hökumətin təzyiqlərinə baxmayaraq tərəfdarlarını etiraz aksiyalarını davam etdirməyə çağırıb. Müxalifət saytlarının birində dərc olunmuş müraciətində Musəvi bildirib ki, dinc aksiyalar keçirmək İran xalqının haqqıdır.

Fevralın 11-də islam inqilabını növbəti ildönümündə İran müxalifəti kütləvi etiraz aksiyaları keçirməyə hazırlaşır. 1979-cu ildə baş vermiş inqilab haqqında danışarkən Musəvi deyib ki, ölkədə inqilab məqsədinə çatmayıb, ona görə ki, ölkədə diktatuta davam edir.

Keçən həftə müxalifətin etiraz aksiyalarında iştirak etmiş 2 nəfər edam olunub.

XS
SM
MD
LG