Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:00

ATƏT-in Bakı Ofisi Naxçıvanda layihələrə başlayacaq


ATƏT-in Bakı ofisi səfir Əli Bilge Cankorelin yanvarın 28-29-da Naxçıvan Muxtar Respublikasına etdiyi səfərlə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, bölgədəki görüşlərdə əldə olunmuş ilkin razılaşmaya əsasən, ATƏT-in Bakı ofisi 2010-cu ildə Naxçıvanda cəmiyyət dəstəkli polis, ictimai toplantıların idarə olunması, sərhədlərin idarə olunması, məhkəmələrin monitorinqi, ATƏT-in maliyyə dəstəyi ilə resurs mərkəzinin yaradılması, səhnələşdirilmiş məhkəmə, hüquqşünas, vəkil, hakim və prokurorlar üçün təlim layihələri icra edəcək. Ofisin muxtar respublikada parlament seçkisi ilə bağlı layihələri də nəzərdə tutulur.

Səfər zamanı Cankorel Culfa rayonunun Bənəniyar kəndinə də baş çəkib. O, kənd sakinləri ilə görüşüb, keçən il dekabrın 28-də baş vermiş hadisə ilə bağlı söhbət edib. Səfir hadisə ilə bağlı istintaqla da maraqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG