Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:56

Dini ədəbiyyat satışı üçün lisenziya istənilir


Qərb bölgəsində səyyar və qarışıq formada dini ədəbiyyat satışı ilə məşğul olan dükanların fəaliyyətinə qadağa qoyulacaq. Satışla məşğul olmaq istəyən mağazalara lisenziya veriləcək.

Bu məlumatı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin qərb bölgəsi şöbəsinin müdiri Firdovsi Kərimov verib. O, bildirib ki, bölgədə 9 dini ədəbiyyat satan mağaza lisenziya almaq üçün sənədlərini Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə təqdim edib.

Qeydiyyat üçün müraciət edən mağazalardan 7-si Gəncə şəhərində, biri Şəmkirdə, digəri Goranboyda fəaliyyət göstərir. Müsahib mağazaların hamısının sırf dini ədəbiyyat satışı üzrə ixtisaslaşdığını bildirdi.

Firdovsi Kərimov deyir ki, bölgədə ixtisaslaşmış mağazalardan başqa dini ədəbiyyat satan 4 səyyari (Gəncədə Şah Abbas Came Məscidi və İmamzadə ziyarətgahının həyətində, Naftalan şəhər yarmarkasında, Şəmkir şəhər «Həbibi» Ticarət Mərkəzində) satışla məşğul olan şəxs var.

XS
SM
MD
LG