Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:08
Fevralın 2-si Azərbaycanda gənclər günü qeyd olunur. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2010-cu ilin əvvəlinə əhalinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir.

Ötən il ölkədə nikaha daxil olanların 75,1 faizini gənclər təşkil edib. Son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artıb. Ölkə üzrə ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların orta yaşı isə 23-dür.

2009-cu ildə erkən nikaha (18 yaşa qədər) daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4 faiz çoxalıb. Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı rayonlarında erkən yaşda nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur.

Boşananların arasında gənclərin xüsusi çəkisi 22,6 faizdir.

Tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində 53 min, 37 dövlət və 16 qeyri-dövlət ali təhsil müəssisəsində 138 min tələbə təhsil alır. Son 5 ildə dövlət xətti ilə xaricdə oxuyan azərbaycanlı tələbələrin sayı 2 dəfə artaraq 2081-ə çatıb. Elmi müəssisələrdəki tədqiqatçıların 18 faizini gənclər təşkil edir.

Aəzrbaycanda Gənclər Günü 1997-ci ildən qeyd olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG