Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:40

Fransızlar rusların təzyiqiylə gürcü kanalının yayımını dayandırdı?


Gürcüstanın rus dilində yayımlanan Birinci Qafqaz Televiziyasının rəhbərliyi iddia edir ki, Fransanın Eutesat peyki rusların təqyiqiylə onların yayımını dayandırıb.

Gürcüstanın İctimai Televiziyasının təsis etdiyi bu kanal yanvarın15-də bu peyk vasitəsiilə Qafqaz regionuna yayımlanmağa başlamışdı. Televiyanın direktoru Gia Centuriya bildirib ki, onlar Rusiyanın senzurasına qurban gediblər. Eutelsat Rusiyanın İntersputnik şirkətiylə müqavilə imzalayan kimi gürcü kanalının yayımını dayandırıb.

Amma, Eutelsat şirkəti ittiahamları rədd eləyib. Şirkətdən verilən açıqlamada deyilir ki, onlar İntersputniklə uzun illərdir ki, əməıkdaşlıq edirlər. hansısa yeni müqavilə bağlanmayıb, saedəcə müqavilə yenilənib.

Birinci Qafqaz kanalına gəldikdə isə, Eutelsat bildirir ki, onlar kanalın ancaq sınaq yayımını həyata keçiriblər. və əgər telekanal yayımınş davam etdirmək istəyirsə, o zaman tərəflər arasında artıq hazırlanan müqaviləni bağlamaq lazımdır.

Ancaq, gürcü tərəfi israrla bildirir ki, Eutelsat şirkəti əlindəki bütün normal tezlikləri İnterssputnikə, İntersputnik də Rusiyanln Qazmprom Media Qrupuna satdığından regiona yayımlanmaq problemə çevrilib. Və onlar bundan sonra türk və amerika peyk şirkətləri ilə əməkdaşlıq edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG