Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:20

Azərbaycan ordusundakı psixoloji durum ekspertin gözü ilə


Azad İsazadə
Azad İsazadə
«Övladlarımızı hərbi qulluğa göndəririksə, onları qatil olmağa da hazırlaşdırırıq». Psixoloq Azad İsazadə «İşdən sonra»da orduda psixoloji durumu müzakirə edərkən belə deyib. Onun sözlərinə görə, uşaqlara bir il ərzində hansısa formada insan öldürmə vasitələrini öyrədirlər:

- Əsgərin peşəsi odur. Dövlət onlardan ölkəni müvəqqəti qorumaq üçün qatil hazırlaşdırır. Onlara insanı necə öldürmək lazımdır biliyi verəndə, biz başa düşməliyik ki, paralel ayrı bilik də verməliyik. Məsələn, kimə qarşı, yaralını, mülki şəxsi öldürmək olar-olmaz və s.

A.İsazadə ordudan qayıdanlara göstərilməli olan psixoloji yardım barədə də öz məsləhətlərini bölüşüb:

- Konkret götürsək, psixoloji travma almış insanı danışdırmaq lazımdır. Heç olmasa yaxın valideynlərə danışmalıdır. Dəfələrlə psixoz təsiri olan məlumatı danışmaqla biz istər-istəməz onu özümüz üçün sadələşdiririk və o bizdə sadəcə mənfi hadisə kimi qalır. Danışmırıqsa, daxildə saxlayırıqsa travma bizi incidə bilər. Əsgər qulluq vaxtı travma keçirib valideynlərinə deyibsə, onlar özlərini ora çatdırmalıdırlar. Bəzi hallarda uşaqlar obyektiv məlumat verməyə də bilərlər.

SÖHBƏTDƏ DAHA HANSI MÖVZULARIN MÜZAKİRƏ OLUNDUĞUNU BİLMƏK İSTƏYİRSİNİZSƏ, PROQRAMI DİNLƏYİN.
XS
SM
MD
LG