Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:13

Sifarişlə müxalifətçiləri cəzalandırmaq şəriətə ziddir


İran Ali Məhkəməsinin sədri Sadiq Laricani bildirib ki, mühavizəkarların hökumət əleyhdarlarına qarşı daha sərt cəzalar vermək – daha çox edam cəzası vermək tələblərinə məhəl qoymurlar. Laricani deyib ki, etirazçılar haqqında istənilən cəza veriləndə təzyiqləri yox, qanunu diqqətə alacaqlar. Ali Məhkəmə Sədrinin sözlərinə görə, qərarlar siyasi yox, qanuni olmalıdır, çünki əks halda bu ŞƏriətə də zidd olar.

İranda ötən həftə 2009-cu ilin iyun seçkisinin nəticələrinə etiraz elədiyi üçün həbs edilən 2 nəfər asılmaqla edam olunmuşdu. Beynəlxalq təşkilatlar və dövlətlər İranı edam cəzalarına görə tənqid etsələr də, İranlı mühavizəkarlar əksinə, müxalifətçilərə qarşı daha sərt cəzalara çağırıblar.
XS
SM
MD
LG