Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:18

Sarkozidən Türkmənistan prezidentinə təzyiq etməsini istəyirlər


Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov Fransaya rəsmi səfər eləyir. Türkmənistan prezidenti 3 günlük səfəri zamanı fransalı həmkarı Nikola Sarkozi və Xarici İşlər Naziri Bernar Kuşnerlə görüşəcək. Görüşlərdə siyasi, iqtisadi və xüsusən də enerji sahəsində əməkdaşlığın müzakirə edilməsi gözlənilir.

Saparurat Nİyazpvun ölümündən sonra hakimiyyətə gələn Qurbanqulu Berdumuhammedov ölkənin qaz ehtiyatlarının işlənməsinə qərb şirkətlərini də dəvət eləmişdi. Ancaq çoxları bu dəvətin gözdən pərdə asmaq üçün edildiyini düşünür. Türkmənistan qazını Rusiya, İran və Çinə satır.

Human Rights Watch və Sərhədsiz Reportyorlar beynəlxalq təşkilatları Fransa prezidenti Nikola Sarkozidən Berdumuhammedovla görüşdə insan haqları məsələsini qabartmağı xahiş edib.
XS
SM
MD
LG