Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:00
Fevralın 1-i «İşdən sonra» proqramının ikinci hissəsində bəstəkar Cavanşir Quliyevlə olanlardan-keçənlərdən söhbət oldu. O, ordunun bu günü, «Avroviziya», son gördüyü işlər barədə fikirlərini dinləyicilərlə bölüşüb:

- Mən taxta oturan padşaha əsər həsr etmirəm. Adam yaxşı da ola bilər, pis də. O nə qədər ki taxtdadır, mən ona əsər həsr etməyəcəm. Taxtdan düşəndə münasibətim yaxşıdırsa, edərəm. Elçibəyə, İsa Qəmbərə mahnı həsr etmişəm.

Cavanşir Quliyev «Avroviziya»nın builki törəni ilə bağlı da fikirlərini bildirib:

- «Avroviziya» bu qədər diqqətə dəyməz. Azərbaycan hələ təzədir orada. Təzə həvəsdir. Bir neçə ildən sonra bəlkə bir az oturdu yerinə. Başqa dövlətlərin cəmiyyəti bu hadisəylə bu qədər maraqlanmırlar. Sadəcə, Avropada olan şou kimi bir şeydir. Səsverməsi də ədalətli deyil. Regionçuluq da var orda.

Proqramda Cavanşir Quliyev son planlarından da danışıb.

Proqramda səslənən Heydər Əliyevin ölümünə həsr edilmiş mahnının müəllifi həqiqətənmi Cavanşir Quliyevdir?

Cavanşir Quliyevin siyasətdə hansı rolu var?

BÜTÜN BU SUALLARA CAVAB TAPMAQ İSTƏYİRSİNİZSƏ, PROQRAMI DİNLƏYİN.

Şərhləri göstər

XS
SM
MD
LG