Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:03

Eldar Sabiroğlu: «Bu kimə gərəkdir?»


«Yanvarın 28-də hərbi hissələrdən birində baş verən qanlı olaya bəzi KİV-lər qərəzsizliyi şübhə doğuran yanaşma sərgiləyir. Bu kimə gərəkdir? Olayla bağlı ən müxtəlif versiyalar irəli sürmək olar. Ancaq istintaq başa çatmadan onların hər hansını həqiqət kimi göstərmək yolverilməzdir».

Bu sözlər Müdafiə Nazirliyinin mətbuat xidmətinin başçısı Eldar Sabiroğlunun yanvarın 28-də Daşkəsəndəki N saylı hərbi hissədə 6 hərbçinin ölümü, 2-nin isə yaralanması ilə nəticələnən olayla bağlı açıqlamasındandır.

E.Sabiroğlu bildirir ki, istinataq baş verən qanlı olayın günahkarlarının aşkar edilməsi üçün bütün mümkün olanları edir.
XS
SM
MD
LG