Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:59
Keçən il Rusiya ordusunda korrupsiya dövlətə 3 milyard rubla – təxminən 100 milyon dollara başa gəlib. Bu da əvvəlki ildən iki dəfə çoxdur.

Hərbi prokuror Sergey Fridinskı bildirib ki, pullar əsasən ordu üçün malların alınmasında və layihələrin icrasında mənimsənilir. Evlərin tikilməsi üçün ayrılan pullar ümumiyyətlə yoxa çıxıb.

Prokurorun dediyinə görə saxtakarlıq və başqa cinayət ittihamları ilə keçən il altı general da həbs olunub.

Sergey Fridinskı BBC-yə bildirib ki, Rusiya ordusunda görülən sərt tədbirlərə baxmayaraq, 2009-cu ildə Rusiya ordusunda “dedovşina” – nizamnamədən kənar davranış halları da kəskin artıb. Prokuror bildirir ki, bəzi hallarda “dedovşina” ölümə və ya ağır xəsarətlərə gətirib çıxarıb.

Şərhləri göstər

XS
SM
MD
LG