Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:03

Cəlal Əliyev “Yeni Müsavat”ı məhkəməyə verib


Prezident İlham Əliyevin əmisi, akademik Cəlal Əliyev “Yeni Müsavat” qəzetinin əməkdaşlarını xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəməyə hazırlıq bu gün Nizami rayon məhkəməsində olacaq.

Cəlal Əliyev baş redaktorun birinci müavini Azər Ayxanı və müəllif Qoşqar Bakılını “Yeni Müsavat” qəzetində yanvarın 5-də dərc olunan “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqaləyə görə məhkəməyə verib.

Cəlal Əliyev ona böhtan atıldığını, məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu bildirir. “Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseynli isə deyib ki, məqalədə təhqir və böhtan sayılan ifadələrə yol verilməyib.

XS
SM
MD
LG