Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:33

ABŞ və Rusiya nüvə silahlarının ixtisarıyla bağlı müqaviləni müzakirə edəcək


Nüvə silahlarının ixtisarına dair yeni müqavilənin şərtləriylə bağlı danışıqları yekunlaşdırmaq məqsədilə ABŞ və Rusiya rəsmiləri bu gün Cenevrədə görüşəcək. Yeni müqavilə 1991-ci ildə SSRİ ilə ABŞ arasında imzalanmış və ötən ilin dekabrında qüvvəsi başa çatmış START müqaviləsini əvəz edəcək.

Ötən həftə Rusiya prezidenti Dmitri Medvedyev demişdi ki, yeni müqavilənin layihəsi 95 faiz hazırdır. O, eyni zamanda Amerikanın raketdən müdafiə sisteminin bir hissəsini Avropa yerləşdirmək planlarının danışıqlar üçün mümkün əngəl kimi qiymətləndirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG