Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:11
Yanvarın 31-də müxalifət partiyaları və vətəndaş cəmiyyətinin fəalları Məhəmməd Əmin Rəsulzadənin doğum tarixi ilə bağlı onun Novxanıdakı abidəsini ziyarət ediblər.

Tədbirdə Şərqdə ilk Demokratik Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri M.Ə.Rəsulzadənin həyat və fəaliyyəti anılıb. Tarixçilər və Rəsulzadənin nəvəsi Rəis Rəsuzadənin çıxışları olub.

Çıxışlarda AXC banisinə bu gün layiqi qiymət verilmədiyi vurğulanıb. Tədbir iştirakçıları Rəsulzadənin ailəsinin Novxanı kəndindəki qəbirlərini də ziyarət ediblər.

Tədbir polisin nəzarəti altında keçirilib, heç bir qarşıdurma yaranmayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 1955-ci il martın 6-da isə Türkiyənin Ankara şəhərində vəfat edib.

HƏMÇİNİN BAX

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciəti

Gənclər Rəsulzadənin ad günündə aksiya keçirdilər

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG