Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:52

İran hakimiyyəti müxalifətə növbəti xəbərdarlıq edib


Dünən İranda daha 16 müxalifətçinin məhkəməsi olub.

Onlar ötən ilin avqustundakı mübahisəli prezident seçkilərindən sonra keçirilmiş etiraz aksiyaları zamanı həbs olunublar.

Onlardan 5-i ağır cinayətlərdə- Allaha qarşı çıxmaqda, qalanları isə ölkənin milli təhlükəsizliyinə xələl gətirməkdə və ictimai asaişi pozmaqda ittiham olunurlar.

Hakim dairələr müxalifətə fevralın 11-i, İran İslam İnqilabının növbəti ildönümündə nümayişə çıxmamağı xəbərdarlıq edib.

Müxalifət yönümlü internet saytları əhalini həmin gün hökumət əleyhinə nümayişə çıxmağa çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG