Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:05

Səhvən 4 əsgər həlak olub


Əfqanıstanın Vardak əyalətində təsadüfi hava zərbəsi nəticəsində 4 Əfqanıstan əsgəri həlak olub, 6-sı isə yaralanıb.

NATO-nun nümayəndəsi deyir ki, zərbə kolaisiya qüvvələrinin atəşə tutulmasına cavab olaraq endirilib.

NATO və Əfqanıstan tərəfi birgə istintaq aparırlar.

Bu günlərdə elə həmin əyalətdəki hərbi bazada baş vermiş mübahisə zamanı yerli tərcüməçi iki Amerika əsgərini güllələdi.

Qonşuluqda yerləşən Qəzni əyalətində isə koalisiya qüvvələri 2 dinc sakini öldürüb, birini isə yaralayıblar.

Onlar dayanmaq əmrinə tabe olmadıqlarına görə əsgərlər atəş açmalı olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG