Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:32
“Daily news” yazır ki, dünya ədəbiyyatının ən ünlü simalarından olan Cerom Devid Selincerin ölümündən sonra qələm adamlarını və oxucuları bir sual maraqlandırır:

Yazıçının indiyəcən çap olunmayan əsərləri varmı, varsa, onlar çap olunacaqmı?

Selincer axır 50 ildə tərki-dünya həyat sürürdü və axır onilliklərdə heç bir kitabı çap olunmamışdı.

Ən populyar əsəri olan “Çovdarlıqda uçurumdan qoruyan” çap olunandan sonra Selincer məşhurluğun gətirdiyi narahatlıqlardan, ictimaiyyətin diqqət mərkəzində olmaqdan bezib “kölgəyə” çəkilmişdi.

İndiyəcən yazıçının 4 kitabı işıq üzü görüb.

Bundan başqa 1964-cü ildə onun "Hapworth 16, 1924." əsəri “The New Yorker” jurnalında çap olunub.

Amma sonradan əsərin kitab halında nəşri bir neçə dəfə təxirə salınıb.

Həmin əsərin çapından sonra Selincerin boş oturmadığı məlumdur.

Nadir müsahibələrində o yazmağa davam etdiyini demişdi.

Yazıçı 1980-ci ildə “Boston globe”a bildirmişdi ki, “Mən yazmağı sevirəm və sizi əmin edirəm ki mütəmadi olaraq yazıram”.

1974-cü ildə isə yazıçı “New York Times”a demişdi ki, "Çap olunmamaq - özüylə ecazkar bir sakitlik, rahatlıq gətirir... Sadəcə, özüm üçün yazıram, yazmaqdan həzz almaq üçün yazıram”.

Selincerin heyranları onun əlyazmalarının qorunmasını və ictimaiyyətə açıqlanmasını istəyirlər.

Selincerin ədəbi irsini qoruyan qurumun təmsilçisi Harold Ober “Daily news”a deyib ki, qurumun hal-hazırda yazıçının çap olunmamış əsərlərini nəşr etmək, yaxud "Hapworth 16, 1924."ü kitab halında buraxmaq planı yoxdur.

Hələ ki Selincer həvəskarlarına yalnız “ecazkar sakitliyin” nə vaxt pozulacağını gözləmək qalır.

Selincer yanvarın 27-də 91 yaşında vəfat edib.

Yazıçının oğlu onun New Hempşirdəki evində öz əcəli ilə öldüyünü deyir.

Həmçinin oxu

Kafkanın yeni əsəri tapıla bilər

Günün bütün mövzuları

XS
SM
MD
LG