Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:11

Gədəbəydə işıq-qaz ödəmələri ilə bağlı ultimatum?


Əhali bircə yanvar ayının pulunu ödəməyib

Əhali bircə yanvar ayının pulunu ödəməyib

«Yarım saat ərzində borcunuzu ödəməsəniz işıq və qazınız kəsiləcək».

Gədəbəy sakini Mehman Əliyev deyir ki, yanvarın 30-da bir qrup məmur evlərin qapısını döyərək, sakinlərdən borclarını 30 dəqiqə ərzində ödəmələrini tələb ediblər:

«Polis, bələdiyyə işçiləri, inzibati ərazi vahidinin rəsmiləri elə bil banditdirlər, yer pulu alırlar, reketcəsinə deyirlər ki, 30 dəqiqəyə ödəməlisiniz».

Mehman Əliyev deyir ki, əhali bircə yanvar ayının pulunu ödəməyib:

«Camaat deyir pensiyamızı, maaşımızı verin, ödəyək, çörək almağa pulumuz yoxdur. Mən özüm dekabrın 29-da ödəmişəm. Bizə isə deyirlər ki, büdcəni doldurmaqdan ötrü edirik. Ödəyin, siz də aylıqlarınızı alın. Dövlət yəni o gündədir ki, bu yetim, dilənçi millətin puluna qalıb? Bəs neftin, qazın pulu hara getdi?».

Gədəbəy şəhər bələdiyyəsinin sədr müavini Zirəddin Səfərov da biraylıq borclarını ödəmələri üçün sakinlərə müraciət etdiklərini deyir:

«Qaz pulu, işıq pulunu ödəmirlər. Biz də vətəndaşlardan xahiş edirik ki, pulu ödəsinlər. Basqın filan yoxdur, xahiş edilir. Bir ayın borcudur. Ayın sonudur, başa salırıq ki, bank bağlanır, gedin, pulunuzu ödəyin. İşığı yandırırlarsa, onun haqqı da ödənilməlidir. Ancaq onları da qınamalı deyil, pensiya almayan və s. var».

Bələdiyyə rəsmisi bildirir ki, əvvəllər Gədəbəydə kommunal xərclərin ödənilməsində problem olmayıb. Bu ay baş verənlər isə büdcə ilə bağlıdır:

«Əvvəllər belə problem olmayıb, bu ay pensiya verilişi gecikir, büdcə açılmayıb. Bizdə hər zaman plan yerinə yetirilib».

Günün bütün mövzuları

XS
SM
MD
LG