Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

Hərbi hissədə baş verənlər ciddi araşdırılmalıdır


Azərbaycanın hərbi hissəsində baş verən hadisə ilə bağlı ciddi araşdırma aparılmalıdır. Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katibi Əli Əhmədov belə deyib:

«Biz bu cür hadisənin baş verməsindən çox təəssüflənirik. Hadisənin bütün mahiyyəti və səbəbləri ciddi aydınlaşdırılmalıdır. Ona görə indi hər hansı şərh vermək düzgün olmazdı».

Əhmədovun sözlərinə görə, hadisə ilə bağlı aparılan xüsusi təhqiqatın nəticələrini gözləmək lazımldır. «Təhqiqat başa çatandan sonra ictimaiyyətə də geniş məlumat veriləcək. Mən belə hesab edirəm ki, hərbçilərimizin həlak olmasından təəssüfləndiyimizi bildirməliyik. Əlbəttə, elə tədbirlər görülməlidir ki, bu cür kədərləndirici hallar heç zaman olmasın. Amma bir daha qeyd edirəm ki, təmkinlə hadisənin baş verməsinin səbəbləri ilə bağlı təhqiqatın nəticəsini gözləyək».

Yanvarın 28-də saat 18.00 radələrində Daşkəsən rayonundakı N saylı hərbi hissədə silahlı insident zamani 6 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG