Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:26

«Erməni açılımı»nın arxasındakı böyük oyunlar


Ərdoğan və Putin Ankarada, 6 avqust 2009
Ərdoğan və Putin Ankarada, 6 avqust 2009
Azərbaycan Türkiyə ilə Ermənistan arasında imzalanan protokolu əvvəldən narahatlıqla izləyir. Prezident İlham Əliyev üçün ən böyük problem Dağlıq Qarabağ məsələsinin sazişdə yer almamasıdır.

Davosdakı Dünya İqtisadi Forumunda İlham Əliyev Türkiyədən tələbini bu şəkildə ifadə etdi:

«Azərbaycan əmindir ki, Ermənistan tərəfindən işğal edilən torpaqlar, o cümlədən Dağlıq Qarabağ azad edilməyənə qədər Türkiyə protokolları ratifikasiya etməyəcək».

Əliyev diplomatik üslub ilə Türkiyəyə son dəfə xəbərdarlıq edir, «Qarabağ olmadan sizə Ermənistan ilə sərhədinizin açılmasına qətiyyən icazə vermərik» deyir...

Qarabağ məsələsində könülsüz hərəkət edən Türkiyəyə qarşı Azərbaycanın etimadı tamamilə bitib-tükənib. Əliyev əlindəki bütün imkanlardan yararlanaraq Türkiyəyə təzyiq edir. Onun əlindəki ən böyük təzyiq vasitəsi isə «Nabucco» layihəsidir.

İlham Əliyev «Nabucco» vasitəsilə Türkiyə üzərindən nəql olunacaq Azərbaycan qazının başqa bir yolla ixrac edilə biləcəyini deyir. Əliyev bu sözlərlə açıq şəkildə Türkiyəni qorxudur:

«Azərbaycan öz qazını dörd istiqamətdə ixrac edə bilər: Türkiyə, Gürcüstan, İran və Rusiya. Biz bu istiqamətlərin istənilən biri ilə ixrac həcmini artıra bilərik. «Qazprom» təklif edə biləcəyimiz bütün həcmi almağı təklif edir. «Nabucco» gecikərsə, biz, təbii ki, «Qazprom»a daha çox qaz satmalıyıq. Bu, tamamilə aydındır»...

Əliyev Türkiyəni yeni marşrutla təhdid edərkən bəlkə də fərqinə varmadan Rusiyanın əsl məqsədini ortaya qoyur.

Rusiya Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Türkiyəni dəstəkləsə də, əslində Azərbaycan ilə Türkiyənin arasını vuraraq «Nabucco»nun öz ərazisindən keçməsinə çalışır.

RUSİYANIN MƏQSƏDİ

- Avropa Birliyinə qarşı mövqeyini gücləndirmək;

- Gürcüstanın NATO-ya üzv olmasını əngəlləməkdir.

«Nabucco» kəməri Gürcüstandan keçməlidir. Rusiya buna mane olmaq və «Qazprom»un Avropa bazarındakı mövqeyini möhkəmləndirmək üçün kəməri Qara dənizin dibindən keçirərək birbaşa Bolqarıstana çıxarmaq istəyir.

AVROPA BİRLİYİ VƏ ABŞ-IN MƏQSƏDİ


- Marşrutu İrandan uzaqda saxlamaq;

- Gürcüstanın NATO-ya üzvlüyünə nail olmaq;

- «Nabucco» marşrutuna alternativ kimi Ermənistandan keçəcək olan yeni bir kəmər üçün şərait yaratmaq.

Bu şərait Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsindən və iki ölkə arasındakı sərhədin açılmasından asılıdır. Marşrut Ermənistandan keçəcəyi halda Rusiyanın cəhdlərinə baxmayaraq, Gürcüstan NATO-ya üzv olacaq və Rusiyanın AB və ABŞ-a qarşı mövqeyi zəifləyəcək.

AB və ABŞ-ın öz mövqelərini qorumaq üçün Türkiyədən istədikləri kimi istifadə etdikləri açıq-aşkardır. Rusiya isə vasitəçilik etsə də, Türkiyə-Ermənistan yaxınlaşmasına icazə verməyəcək.

Türkiyə hökumətinin «erməni açılımı» «kürd açılımı» kimi fiasko ilə nəticələnəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG