Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:20

11 yaşlı uşaq polisi ayağa durğuzdu


Bakıda yaşayış evinin partladılacağı barədə polisə məlumat daxil olub.

Bu barədə APA agentliyi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Yanvarın 29-da saat 20.18 radələrində naməlum şəxs DİN-ə zəng edərək

Qaçaq Nəbi küçəsi, ev 69-da partlayış olacağını bildirib.

Dərhal hadisə yerinə əməliyyat qrupu göndərilib.

Axtarış zamanı məlumat təsdiqlənməyib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxsin Bakı şəhər sakini, 11 yaşlı A.T (ad şərtidir) olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG