Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:07

Çin ABŞ-ın Tayvana silah verməsindən hiddətlənib


Çin Birləşmiş Ştatların bu yaxınlarda Tayvana silah vermək qərarından hiddətlənib.

Xarici işlər nazirinin müavini He Yafey bildirib ki, bu Çin-ABŞ münasibətlərinə ciddi xələl gətirə bilər.

Çin Tayvanı özünün qiyamçı əyaləti sayır.

ABŞ prezidenti Barak Obama bu günlərdə deyib ki, Birləşmiş Ştatlar Tayvana ilk olaraq 60 hərbi vertolyot və 100-dən çox təkmilləşdirilmiş “Patriot” raketi göndərməyi planlaşdırır.

Müqavilənin ümumi məbləği 6 milyard 400 milyon dollardır.
XS
SM
MD
LG