Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:37

General Zaur Rzayev vəfat edib


General Zaur Rzayev uzun xəstəlikdən sonra yanvarın 29-u gecə saatlarında vəfat edib.

APA-nın məlumatına görə, Azərbaycan ordusunun ilk hərbi hissəsinin komandiri olmuş Zaur Rzayev 1937-ci ildə Lənkəran rayonunda anadan olub.

Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.

Sovet ordusunun müxtəlif hərbi hissələrində xidmət edib və bir müddət Bakı Dövlət Universitetində hərbi kafedranın rəisi olub.

1991-ci ilin oktyabrında isə Azərbaycan Silahlı Qüvvələrinin keçmiş sovet ordusunun 18 110 saylı hərbi hissəsinin bazasında yaradılmış ilk hərbi hissəsinə komandir təyin edilib.

Azərbaycan Silahlı Qüvvələrində korpus komandiri və müdafiə nazirinin istiqamətlər üzrə müavini olub.
XS
SM
MD
LG