Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:09

Bin-Ladenin yeni çıxışı yayımlanıb


Əl-Cəzirə Televiziyası Əl-Qaidə terror şəbəkəsinin rəhbəri Usama Bin Ladenə məxsus olduğu bildirilən səs yazısını yayımlayıb.

Bin Ladenin olduğu bildirilən şəxs çıxşında ABŞ və başqa sənaye dövlətlərini iqlim dəyişikliyinə səbəkar olmaqda ittiham edib və hər kəsi ABŞ dollarını boykot eləməyə çağırıb. Hələ ki, səs yazısının Bin Ladenə məxsus olduğunu müstəqil mənbələr təsdiqləməyiblər.

Cəmi bir həftə öncə, Bin Ladenə məxsus olduğu bildirlən başqa bir səs yazısı yayımlanmışdı və burda Milad bayramı günü ABŞ-da terror aktına cəhd edən şəxs qəhrəman élan edilirdi.
XS
SM
MD
LG