Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:07

YAP üzvlərinin sayı 498 mini keçib


Yanvarın 29-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilmişdir.

İclasda bildirilib ki, 2009-ci ildə partiyaya 29 777 nəfər üzv qəbul olunmuş və 2010-cu il yanvarın 1-nə YAP üzvlərinin ümumi sayı 498 462 nəfərə çatmışdır. Qeyd olunmuşdur ki, partiya sıralarında gənclərin xüsusi çəkisi getdikcə artmış və 2009-ci ildə YAP-a qəbul olunanların 49,7 faizini gənc nəslin nümayəndələri təşkil etmişlər. Bütövlükdə partiya üzvlərinin 39,3 faizini, yəni 196 340 nəfərini gənclər, 43,5 faizini, yəni 217 243 nəfərini isə qadınlar təşkil etmişdir.

YAP İdarə Heyətinin iclasında partiyanın maliyyə hesabatı müzakirə və təsdiq edilmişdir. Hesabatda bildirilir ki, 2009-cu ildə YAP-ın üzvlük haqlarından cəmi mədaxili 2 milyon 915 min 505 manat, partiyanın ümumi xərcləri 2 milyon 374 min 176 manat olub.

Bunun da 1 milyon 426 min 587 manatını YAP icra katibliyində, şəhər və rayon təşkilatlarında çalışan əməkdaşların əmək haqqı fondu təşkil etmişdir. 324 min 107 manat partiya tədbirlərinin maliyyələşməsinə və ezamiyyət xərclərinə, 33 min 290 manat partiya vəsiqələrinin hazırlanmasına, 190 min 453 manat inventar və dəftərxana ləvazimatlarının alınmasına, 106 min 376 manat cari təmir və özəlləşdirmə xərclərinə, 172 min 89 manat kommunal xərclərə, bank və rabitə xidmətlərinə, 93 min 995 manat avtomobillərə texniki xidmətə, 12 min 428 manat həmkarlar ittifaqlarına ödənişə sərf edilmişdir. Digər xərclər 14 min 851 manat olmuşdur. Partiyanın mərkəzi və yerli təşkilatlarının hesabında 541 min 329 manat qalmışdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG