Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:12

Ötən il hərbi hissələrdə şəxsiyət əleyhinə cinayətlər artıb, digərləri azalıb


Yanvarın 29-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin, Naxçıvan Muxtar Respublikası hərbi və ərazi hərbi prokurorlarının iştirakı ilə geniş kollegiya iclası keçirilmişdir.

İclasda hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib ki,
2008-ci ilə nisbətən ötən il hərbi xidmət əleyhinə cinayətlər 0,9 faiz, o cümlədən tabelik qaydaları əleyhinə cinayətlər 11,4 faiz, hərbi xidmətdən yayınma cinayətləri 19,9 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 7,4 faiz, fərarilik cinayətləri 63,1 faiz azalmaqla, bu qəbildən olan cinayətlərin sayı minimuma endirilmişdir.

Prokurorun sözlərinə görə, qeydə alınmış cinayətlərin 99,7 faizi açılmışdır.

Ancaq 2009-cu ildə hərbi hissələrdə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri, qeyri-hərbi cinayətlər və şəxsiyyət əleyhinə cinayətlər 13,5 faiz artmışdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG