Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:01

Şaumyanın 26-larla birgə güllələnmədiyi sübut edilib


1918-ci ildə 26 Bakı Komissarları güllələnən zaman Stepan Şaumyan, Tatevos Əmiryan və Arsen Avakyan onların arasında olmayıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov yanvarın 29-da Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında belə deyib.

Mahmudovun sözlərinə görə, ötən ilin yanvarında Bakı komissarlarının qəbirləri Sahil bağından köçürülən zaman orada 23 cəsədin qalıqları tapılıb. Həmin qalıqlar ekspertizaya göndərlib və məlum olub ki, 26-ların arasında yşı 40-I keçən ancaq bir komissar olub: Məşədi Əzizbəyov.

Həmin vaxt yaşı 40-I keçməli olan Şaumyan, Əmiryan və 3-cü şəxs- Avakyanın cəsədləri isə orda olmayıb. Mahmudov deyib ki, əlavə araşdırmalar nəticəsində 26-ların güllələndiyi Türkmənistan arxivlərindən əlavə sənədlər aşkar edilib. Türkmənistandan göndərilən bu arxiv teleqramlarında qeyd olunur ki, Şaumyan 26-lar güllənəndən 10 gün sonra Krasnovodsk həbsxanasında olublar. Sonra isə Oktyabrın 2-nə qədər Şaumyan müəyyən məbləğdə gündəlik pul da alıb.

Yaqub Mahmudovun iddiasına görə, onlara Türkmənistandan göndərilən arxiv sənədlərində göstərilib ki, Stepan Şaumyan Daşnaksütun partiyası Bakı komitəsinin üzvü olub, və Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin edilməklə yanaşı, eyni zamanda, Şərqi Anadoluda erməni dövləti yaradılması işi də ona tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG