Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:58

Toni Bleyer İraq hücumla bağlı özünü təmizə çıxardır


11 sentyabr hadisələri Britaniya rəsmilərinin kəşfiyyat məlumatlarına yanaşma tərzini dəyişdiribmiş və İraqa hücum da bununla bağlı olub. İraqa 2003-cü ildəki hərbi müdaxilənin qanuniliyini araşdıran komitəyə ifadə verən Britaniyanın keçmiş Baş naziri Toni Bleyer belə deyib.

Keçmiş baş nazirin sözlərinə görə, 11 sentyabr hadisələrinin miqyaslarını görəndən sonra onlar kəşfiyyat agentliklərinin istənilən xəbərdarlığını, ehtimalını çox ciddi qəbul eləyirdilər. Səddam Hüseyn rejiminin nüvə silahı əldə edib, Qərbə zərbə endirməsi ethimallarını da məhz bu üzdən çox ciddi qəbul ediblər. Planın qarşısını almaq üçün İraqa qoşun yeritməyi qərara alıblar.

ABŞ və Britaniya İraqda müharibəyə başlayanda bunu Səddam Hüseyn rejiminin kütləvi qırğın silahına malik olması ilə əsaslandırmışdı. Lakin İraqa hərbi müdaxilədən sonra belə bir silah tapılmayıb.

Britaniyadakı müstəqil komissiya İraqa 2003-cü ildəki hərbi müdaxilənin qanuniliyini araşdırır.
XS
SM
MD
LG