Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:23

Taliban dialoq istəyirsə dəvəti cavablandırsın


Talibanın rəhbərliyi Əfqan hökumətinin dialoq tələbinə ən qısa zamanda cavab verməlidir. Əfqanıstan hökumətinin sözçüsü Hamid Elmi bu gün belə deyib. Elminin sözlərinə görə, onlar Talibana Əfqanıstanın bütün tayfaları və qəbilələrinin iştirakıyla keçiriləcək ümumilli CİRQA-da iştirak etmək üçün dəvət göndəriblər və əgər Taliban da ölkənin mənafelərini düşünürsə, bu dəvətə tez bir zamanda münasibət bildirməlidir.

Cirqanın bu ilin əvvəli keçirilməsi nəzərdə tutulur. Talibanın sözçüsü Qari Məhəmməd Yusuf deyib ki, onlar Əfqanıstan prezidenti Həmid Kərzainin
rəsmi dəvətini alandan sonra öz münasibətlərini açıqlayacaqlar.
XS
SM
MD
LG