Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:02

Saakaşvili Qərb ölkələrini Gürcüstandan tranzit kimi istifadə etməyə çağırır


Gürcüstan prezidenti Mixail Saakaşvili Əfqanıstana silah və digər təchizat materialları göndərmək məqsədilə tranzit üçün Gürcüstan ərazisindən istifadə etməyi təklif edib. O, bunun üçün Qərb dövlətlərinin hərbi gəmilərinin ölkənin Qara Dəniz limanlarından istifadə etməsinə, yük təyyarələrinin yanacaq doldurmaq üçün Gürcüstanın hava limanlarına enməsinə icazə verməyə hazır olduğunu bildirib.

ABŞ-ın müdafiə nazirliyindən bildiriblər ki, Saakaşvilinin təklifi barədə məlumatlı olsalar da, hələlik onu ətraflı nəzərdən keçirməyiblər. Ağ Evdən isə bu barədə şərh vermək istəməyiblər.

NATO-ya və Avropa İttifaqına üzv olmağa çalışan Gürcüstan Əfqanıstana yüzlərlə hərbçi göndərib.

XS
SM
MD
LG