Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:18

«Elə milyoner var 20 it saxlayır amma 1 uşağı var»


Hadi Rəcəbli
Hadi Rəcəbli
«Bizim Yol»: «Bu gün 20 dənə it saxlayıb bir uşağı olan milyonerin demirəm 20 dənə uşağı olsun. Deyirəm ki, üç dənə iti olsun, üç dənə də uşağı olsun. ABŞ-da, Qərb ölkələrində imkanı olan insanların daha çox uşaqları var, nəinki imkansızların. Ancaq bizdə əksinədir, imkansızların daha çox uşağı var, nəinki daha imkanlıların. Elə bilirəm ki, bu proseslər bizdə də tənzimlənsə, maliyyə həvəsləndirməsinə də ehtiyac qalmaz».

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli belə deyir:

«Bu gün bizdə təxminən 12 faiz uşaq dünyaya gətirə bilməyən insanımız var ki, onların sağlamlığına, reablitasiyasına çalışmalıyıq. Təsəvvür edin ki, bu 12 faiz insanı sağalda bilsək, bizim təbii artımımız haradasa 1,3-1,5 faizə gəlib çata bilər. Bu da çox ciddi rəqəmdir».

«Yeni Müsavat»: Qadağan edilmiş məhsullar satışda

«Paytaxtın əksər mağazalarında rəsmən keyfiyyətsiz elan edilmiş mallar hələ də piştaxtalardadır».

«Azadlıq»: «Azadlıq» seçkilərə bütöv halda qatılacaq

Əli Əliyev: «Bizim gündəliyimizdə blokun parlament seçkilərinə gücləndirilmiş halda qatılması dayanır».

«Azərbaycan»: Rusiya-Azərbaycan humanitar əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

Ölkələrimiz uzunmüddətli perspektivdə mehriban qonşuluğa meyili göstərir.

«Bakı xəbər»: Hərbçi polkovnikin müəmmalı intiharı rəsmən təsdiqləndi

Müdafiə Nazirliyinin rəsmisi Canpolad Əliyevin Rail Rzayevdən üç il əvvəl ordudan tərxis edildiyini dedi.

«Olaylar»: «Subsidiyaların yerlərə çatmamasında Kənd Təsərrüfatı Nazirliyi də məsuliyyət daşıyır»

Vüqar Bayramov: «Maliyyə Nazirliyinin subsidiyalarla bağlı gəldiyi nəticələr gözləniləndir»

«Şərq»: Nurçular Xaçmazı təsadüfən seçməyiblər

Cümşüd Nuriyev: «Çünki bu cür məzhəblər daha çox milli separatizmin baş verə biləcəyi yerlərə meyl edirlər».

«Yeni Azərbaycan»: Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyentlərin marağı artıb

Bu ixtisaslar üzrə qiymətləndirmə meyarları yeni formada tərtib olunub.

«525-ci qəzet»: Saşa Yunisoğlu: «Qapıya düz-əməlli zərbə vurmursansa, necə qalib gələ bilərsən?»

Milli komandamızın və «Bakı»nın müdafiəçisi Saşa Yunisoğlu komandasının «Birlik kuboku»ndakı fiaskosu, eləcə də gələcək karyerası barədə danışıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG