Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:12

Əfqanıstan Talibanla danışıqlara gedir


Əfqanıstan rəsmiləri Talibanla danışıqlara gedir. Hökumətin sözçüsü Həmid Elmi bildirib ki, ölkənin ümumxalq məclisi sayılan Loya-cirqanın bu ilin əvvəlində keçiriləcək toplantısına taliblər də dəvət olunacaq.

Başqa bir məlumata görə, BMT-nin Əfqanıstan üzrə xüsusi elçisi Kay Eyd bu ayın əvvəlində Dubayda Taliban üzvləri ilə gizli görüş keçirib.

Londonda keçirilən beynəlxalq konfransda prezident Həmid Kərzai terror şəbəkəsinə qoşulmayan və Əfqanıstan konstitusiyasını tanıyan taliblərlə danışıqlara gedəcəyinə söz vermişdi.

XS
SM
MD
LG