Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:44

ADAU məzunları Avropada magistratura təhsili alacaqlar


İngilis dilini bilən tələbələr və məzunlar bu il Macarıstanın müxtəlif universitetlərində magistr təhsili alacaqlar.

Bu barədə məlumatı Azərbaycan Dövlət Aqrar Universitetinin elmi işlər üzrə prorektor əvəzi Nizami Seyidəliyev verib. Onun sözlərinə görə, Macarıstanda yerləşən «Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı» (FAO) və Macarıstanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi birgə kənd təsərrüfatı üzrə 8 ixtisasdan (Heyvanların qidası və qida təhlükəsizliyi, Aqrar biotexnologiya, Kənd Təsərrüfatı, Bitkilərin mühafizəsi, Heyvandarlıq, Qida təhlükəsizliyi və keyfiyyəti, Kənd təsərrüfatının inkişafı və aqrosənaye, Bağçılıq) magistr təhsili üzrə tələbə qəbulu elan edib.

Təhsilin Macarıstanın 5 tanınmış universitetində aparılacağını qeyd edən N. Seyidəliyev sənəd qəbulunun son müddətinin fevralın 16-a kimi olduğunu bildirdi.

XS
SM
MD
LG