Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:47

4 hərbiçini güllələyən 2 əsgər intihar etdi


Dünən saat 18 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 2 əsgər avtomat silahdan atəş açıb. Atəş nəticəsində 4 hərbçi həlak olub, ikisi yaralanıb. Sonra həmin əsgərlər özlərini güllələyib öldürüblər. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Faktla bağlı cinayət işi qaldırılıb, hazırda araşdırma gedir. Müdafiə Nazirliyi bildirir ki, hadisəylə bağlı əlavə məlumat veriləcək.

Keçən ilin mayında Seyfəli poliqonunda oxşar hadisə baş vermişdi. Həmin vaxt bir əsgər 5 hərbçini güllələləmişdi. Onlardan dördü həlak olmuşdu, biri yaralanmışdı. Bu günlərdə həmin əsgərə ömürlük cəza verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG