Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:02

Prokurorluq Eynulla Fətullayevə işgəncə verilmədiyini bildirir


Bakı şəhər prokurorluğu həbsdə olan jurnalist Eynulla Fətullayevin keçən il dekabrın 29-da 12 saylı cəzaçəkmə yerində üstündən narkotik maddə tapılan gün işgəncəyə məruz qalması haqında ombudsmana və beynəlxalq hüquq-müdafiə təşkilatlarına etdiyi müraciətlə razılaşmır.

Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir ki, bu məsələ Qaradağ rayon prokurorluğunda araşdırılıb. Araşdırma nəticəsində məlum olub ki, Eynulla Fətullayevə qarşı heç bir qanuna zidd davranışa, fiziki zor və ləyaqəti alçaldan hərəkətlərə yol verilməyib.

Eynulla Fətullayevin atası Emin Fətullayev isə deyib ki, prokurorluğun cavabını elə belə də gözləyirmiş. O bir daha oğluna işgəncə verildiyini, cərimə təcridxanasında isə ac-susuz saxlandığını bildirib.

XS
SM
MD
LG