Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:12

İran etirazçılardan ikisinin edamını təsdiqləyib


İranın hakim dairələri etiraz aksiyaları zamanı həbs edilənlərdən ikisinin edam edilməsi xəbərini təsdiqləyib.

Baş prokuror Abbas Dövlətabadi bildirib ki, onlar dövlət əleyhinə fəaliyyətdə, qətl və terrora hazırlaşmaqda ittiham olunurdular.

Ağ evin nümayəndəsi Bill Berton bunu siyasi məhbusların qətli adlandırıb və qeyd edib ki, bu cür hərəkətlər İran rejimini daha da tədric vəziyyətə salır.
XS
SM
MD
LG