Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:46

Ermənistanda qazın qiyməti qalxır


Ermənistanda qaz paylama sisteminə nəzarət edən ArmRosGazprom şirkəti əhaliyə verilən qazın qiymətinin artırılması üçün müraciət edib. Şirkətin İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına göndərdiyi müraciətdə qazın qiymətinin aprelin 1-dən 40 faizə yaxın qaldırılması xahiş edilir.

Apreldən elektrik enerjisinin qiymətlərinin də artırılacağı barədə xəbərlər yayılsa da Ermənistan Elektrik Şəbəkəsinin mətbuat xidməti bu məlumatı təkzib edir. Şəbəkədən Ermənistanın ictimai radiosuna deyiblər ki, onlar qiymət artımı üçün müraciət göndərməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG