Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:33

Ermənistan protokollara atdığı imzanı geri götürə bilər


“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması elə bir mərhələyə çatıb ki, məsələ günü-gündən daha da mürəkkəbləşir.

APA-nın news.am-a istinadən verdiyi məlumatına görə, bu bəyanatı Ermənistan Prezident Aparatı rəhbərinin müavini Vigen Sarqsyan Davosda keçirilən beynəlxalq iqtisadi forumun kuluarlarında deyib.

“The Wall Street Journal” Sarqsyana istinadən yazır ki, hazırda Ermənistan parlamenti prezidentə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair protokola atdığı imzanı geri çəkmək hüququ verən sənəd hazırlayır.

“Əgər bu imkan əldən verilərsə, bu, regionu xeyli geri atacaq.

Özü də biz başladığımız yerə yox, ondan da uzağa” – deyə Sarqsyan qeyd edib.

Ermənistan rəsmisinin fikrincə, proseslər bu istiqamətdə inkişaf edəcəyi halda, iki ölkə arasında inam və etimad tamamilə sarsılacaq.
XS
SM
MD
LG